GECF: Qarşımızda qaz bazarını tənzimləmək vəzifəsi durmayıb

GECF: Qarşımızda qaz bazarını tənzimləmək vəzifəsi durmayıb
# 08 dekabr 2020 09:59 (UTC +04:00)

Hazırda Qaz İxrac edən Ölkələr Forumunun (GECF) qarşısında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analoqu ilə qaz bazarını tənzimləmək vəzifəsi durmayıb. Forum qaz istehsalçıları və istehlakçıları arasında müzakirə platforması funksiyasını yerinə yetirir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu GECF-in Baş katibi Yuri Sentyurin deyib.

"OPEC-dən fərqli olaraq, bu gün GECF-in qarşısında qaz bazarını tənzimləmək, iştirakçı ölkələrin ixrac və ya qiymət siyasətlərinə təsir etmək vəzifəsi durmur", - Y. Sentyurin qeyd edib.

Onun sözlərinə görə, forum əvvəlcə müzakirə platforması kimi düşünülmüşdür. GECF-in "OPEC+"a oxşar alətlərə sahib olması üçün təşkilatın nizamnaməsini dəyişdirmək lazımdır, lakin hazırda GECF üzvləri tərəfindən qəbul edilmiş belə bir qərar yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR