GECF-in 2050-ci ildə bazar payı 56%-ə çatacaq - PROQNOZ

GECF-in 2050-ci ildə bazar payı 56%-ə çatacaq - PROQNOZ
# 25 fevral 2021 16:35 (UTC +04:00)

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) proqnozuna görə, 2050-ci ildə qlobal təbii qaza olan tələbatın təqribən 33,6%-i ixracın hesabına təmin ediləcək.

"APA-Economic"in GECF-in 2050-ci ilədək qaz bazarı üzrə proqnozuna ("Global Gas Outlook 2050") istinadən verdiyi məlumata görə, 2050-ci ildə təbii qaza olan qlobal tələbat 5,92 trln. kubmetrə yaxın olacaq, bunun da 1,99 trln. kubmetri ixrac ediləcək.

Hesabata görə, 2050-ci ildə müxtəlif ölkələr tərəfindən idxal edilən qazın 1,105 mlrd. kubmetri GECF-in üzv ölkələrinin payına düşəcək. GECF üzvlərinin tərkibi dəyişilməz qalacağı halda, onların bu bazarda payı 56% civarında olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR