Gələn ay Azərbaycanda yeni sənaye zonaları açılacaq

Gələn ay Azərbaycanda yeni sənaye zonaları açılacaq
# 16 yanvar 2020 16:47 (UTC +04:00)

Ötən illərdə Azərbaycanda yaradılması nəzərdə tutulan bir sıra sənaye zonalarının fəaliyyətlərinin təmin olunması bu il üçün nəzərdə tutulur.

APA-Economics”in məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bəzi zonaların açılışı fevral ayında baş tutacaq və istisna deyil ki, bununla bağlı təqdimat keçirək.

“2020-ci ildə Ələt portunun yaxınlığında yerləşən xüsusi iqtisadi zonanın fəaliyyətini təmin edilməsi üçün tədbirlər görüləcək. 2020-ci ilin dövlət investisiya proqramında bu infrastrukturun yaradılması üçün zəruri olan işlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub. Zonanın idarə edicisi təyin olunub. Biz fəaliyyətimizi yaxından əlaqələndirəcəyik və inanırıq ki, bu layihənin həyata keçirilməsi ölkədə son illər ərzində yaradılan tranzit, logistika, nəqliyyat potensialından tam faydalanmaq üçün və ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi üçün vacibdir. Düşünürəm ki, bu, maraqlı və regional əhəmiyyət daşıyan, potensialı olan layihədir”, - deyə M. Cabbarov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR