Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub

Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  • Clock-gray 13:18
  • calendar-gray 06 Aprel 2021

Güclü külək Azərbaycanın bir sıra regionlarında elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, ölkənin Şimal rayonlarında əsən güclü külək Şabran, Xaçmaz və Quba rayonları ərazisində fərdi evlərin damlarını uçurub, ağacları aşırıb və nəticədə elektrik enerjisi verilişində fasilə yaranıb.

Dərhal hadisə yerinə gələn ASC-nin əməkdaşları Quba və Şabran rayonlarında elektrik enerjisi verilişində yaranan fasiləni aradan qaldırıb, Xaçmaz rayonu ərazisində isə təmir-bərpa işləri davam etdirilir.

Hüseyn Vəliyev

Digər xəbərlər