Gündəlik qlobal neft və maye yanacağı istehlakı bu il 8 mln. barel azalacaq - PROQNOZ

Gündəlik qlobal neft və maye yanacağı istehlakı bu il 8 mln. barel azalacaq - PROQNOZ
# 08 iyul 2020 16:34 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə gündəlik qlobal neft və maye yanacaq istehlakının 92,89 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da Agentlik tərəfindən iyun ayında verilən proqnozdan 0,36 mln. barel azdır.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il gündəlik qlobal neft və maye yanacağın istehlakı orta hesabla 99,88 mln. barel təşkil edəcək (ötən proqnoza görə bu göstərici 99,71 mln. barel təşkil edirdi).

EIA-in proqnozlarına əsasən, 2019-cu ilin göstəricisi ilə müqayisədə bu il gündəlik qlobal neft və maye yanacağın istehlakı 8,15 mln., gələn il isə 1,16 mln. barel azalacaq.

Qeyd edək ki, EİA-in məlumatına görə, ötən il gündəlik qlobal neft və maye yanacağın istehlakı 101,04 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR