Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 36% azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 36% azaldıb
# 16 dekabr 2020 14:18 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 575,007 mln. kVt-saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatında bildirilib.

Sənədə əsasən, bu göstərici illik müqayisədə 328,999 mln. kVt-saat və ya 36,4% azdır.

Belə ki, ötən ilin ilk 11 ayı ərzində Gürcüstan Azərbaycandan 904,006 mln. kVt-saat elektrik enerjisi idxal edib.

Hesabat dövründə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 1 270,9 mln. kVt-saata bərabər olub. Bu həcmin 45,2%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR