Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 38% azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını 38% azaldıb
# 15 iyul 2020 10:55 (UTC +04:00)

Bu ilin birinci yarısında Gürcüstan Azərbaycandan 338,5 mln. kVt-saat elektrik enerjisi idxal edib. Buna baxmayaraq, hesabat dövründə Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi təchizatçısı olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında deyilir.

Bildirilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 38,1% və ya 209,1 mln. kVt-saat azdır. Belə ki, Gürcüstan ötən ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 547,6 mln. kVt-saat elektrik enerjisi idxal edib.

Hesabat dövründə Azərbaycan Gürcüstan ərazisi ilə Türkiyəyə 82,2 mln. kVt-saat tranzit elektrik enerjisi ixrac edib.

Qeyd edək ki, ilin ilk yarısında Gürcüstan Rusiyadan 234,3 mln. kVt-saat elektrik enerjisi idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR