Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb
# 19 fevral 2021 11:35 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 7 017,0 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında deyilir.

Bildirilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2 993,6 min dollar və ya 74,4% çoxdur. Belə ki, 2020-ci ilin yanvar ayında Gürcüstan Azərbaycandan 4 023,4 min dollar dəyərində elektrik enerjisi idxal edib.

Qeyd edək ki, Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatına əsasən, Gürcüstan bu ilin yanvar ayı ərzində Azərbaycandan 151,779 mln. kVt-saat elektrik enerjisi idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR