Gürcüstan Azərbaycandan neft idxalını iki dəfə artırıb

Gürcüstan Azərbaycandan neft idxalını iki dəfə artırıb
# 19 mart 2021 12:10 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 13 373,7 min ABŞ dolları dəyərində 29 847 ton neft və neft yağları idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, idxal edilən məhsulun dəyəri illik müqayisədə 6 763,1 min dollar və ya 2 dəfə, həcmi isə 16 027,6 ton və ya 2,2 dəfə çoxdur. Belə ki, 2020-ci ilin ilk iki ayı ərzində Gürcüstan Azərbaycandan 6 610,6 min dollar dəyərində 13 819,4 ton neft və neft yağları idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR