Gürcüstan Azərbaycandan neft idxalını kəskin azaldıb

Gürcüstan Azərbaycandan neft idxalını kəskin azaldıb
# 19 mart 2020 11:26 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını illik ifadədə 11 342,1 ton və ya 55% azaldaraq 13 819,4 ton təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İdxal edilən məhsulun ümumi dəyəri 6 610,5 min ABŞ dolları təşkil edib. Ötən ilin ilk iki ayında Gürcüstan Azərbaycandan 13 323,2 min dollar (2 dəfə az) dəyərində 25 161,5 ton neft və neft yağları idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR