Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını ötən il azaldıb

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını ötən il azaldıb
# 22 yanvar 2020 15:36 (UTC +04:00)

2019-cu ildə Gürcüstanın Azərbaycandan neft və neft yağları idxalının həcmi əvvəlki illə müqayisədə 5,6% və ya 10 106,5 ton azalaraq 170 918,4 ton təşkil edib. Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə idxal edilən məhsula görə Gürcüstan tərəfinin etdiyi ödəniş 93 765,4 min ABŞ dolları təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 16 206,0 min dollar və ya 14,7% azdır. 2018-ci ildə Gürcüstan Azərbaycandan 109 971.4 min dollar dəyərində 181 024,9 ton məhsul idxal edib.

Ötən il Gürcüstanın Azərbaycandan xam neft idxalının həcmi isə 8 843,0 ton təşkil edib. Qonşu ölkənin Azərbaycandan xam neft idxalına xərclədiyi məbləğ 5 575,0 min dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR