Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb
# 19 fevral 2021 11:17 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 32 562,2 min ABŞ dolları dəyərində 202 497,2 ton qaz idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal edilən qazın həcmi ötən illə müqayisədə 75 095,6 ton və ya 27,05%, dəyəri isə 14 240,5 min dollar və ya 30,4% azalıb. Belə ki, 2020-ci ilin yanvarında Gürcüstan Azərbaycandan 46 802,7 min dollar dəyərində 277 592,8 ton qaz idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR