Gürcüstan Azərbaycandan tikinti materialları idxalını azaldıb

Gürcüstan Azərbaycandan tikinti materialları idxalını azaldıb
# 20 yanvar 2021 13:30 (UTC +04:00)

2020-ci ildə Gürcüstan Azərbaycandan 18 480.40 min ABŞ dolları dəyərində 381 524.61 ton sement idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, ötən il Azərbaycandan idxal edilən məhsulun dəyəri illik müqayisədə 5 403.81 min dollar və ya 22.6%, həcmi isə 63 890.73 ton və ya 14.3% azalıb.

Hesabat dövründə qonşu ölkənin Azərbaycandan armatur idxalının həcmi isə illik müqayisədə 7 288.87 ton və ya 20% azalaraq 29 081.30 ton təşkil edib. İdxal edilən məhsulun ümumi dəyəri 12880.70 min ABŞ dollarına bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR