Gürcüstan apreldə Azərbaycandan 18 min tondan çox yanacaq idxal edib

Gürcüstan apreldə Azərbaycandan 18 min tondan çox yanacaq idxal edib
# 18 may 2020 17:18 (UTC +04:00)

Bu ilin aprel ayında Gürcüstan 68,5 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da əvvəlki ayla müqayisədə 15,9 min ton və ya əvvəlki ayla müqayisədə 18,8%, illik müqayisədə isə 17,8 min ton və ya 6% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında bildirilir.

Apreldə Gürcüstanın benzin idxalı illik müqayisədə 8,6 min ton və ya 21,1% azalaraq 32,1 min ton təşkil edib. Dizel idxalı isə 9,2 min ton və ya 20,2% azalaraq 36,4 min tona bərabər olub.

Hesabat ayında Gürcüstan Azərbaycandan 18,3 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da ümumi idxalın 26,7%-ni təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstanın apreldə ən çox yanacaq idxal etdiyi ikinci ölkə olub. Gürcüstanın ən çox benzin və dizel yanacağı idxal etdiyi isə ölkə isə Rusiya olub – 31.2 min ton. Bu, ümumi idxalın 45,5%-ni təşkil edib.

Digər yerlərdə isə müvafiq olaraq Rumıniya (7,5 min ton – 10,9%), Bolqarıstan (6,1 min ton – 8,9%), Türkmənistan (3,5 min ton – 5,1%), Yunanıstan (1 min ton – 1,5%), Qazaxıstan (0,7 min ton – 1%) və Türkiyə (0,1 min ton – 0,2%) qərarlaşıb.

Cari ilin yanvar-aprel ayları ərzində Gürcüstan ümumilikdə 312,9 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da illik müqayisədə 6 min ton və ya 1,9% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR