Gürcüstan bu il Azərbaycandan 14 mln. dollarlıq elektrik enerjisi idxal edib

Gürcüstan bu il Azərbaycandan 14 mln. dollarlıq elektrik enerjisi idxal edib
  • Clock-gray 12:47
  • calendar-gray 19 Mart 2021

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 13 565,7 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika idarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, idxal edilən məhsulun dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 212,5 min dollar və ya 1,6% çoxdur. Belə ki, 2020-ci ilin ilk iki ayı ərzində Gürcüstan Azərbaycandan 13 353,2 min dollar dəyərində elektrik enerjisi idxal edib.

Qeyd edək ki, Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatına əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycandan 299,7 mln. kVt/saat həcmində elektrik enerjisi idxal edib. Bu da ümumi idxalın 36,2%-ni təşkil edib. Hesabat dövründə Gürcüstanın Azərbaycandan elektrik enerjisi idxalının həcmi illik müqayisədə 16,7% artıb.

Səid Babazadə

Digər xəbərlər