Gürcüstandan Azərbaycana yük maşınlarının ixracı 45% artıb

Gürcüstandan Azərbaycana yük maşınlarının ixracı 45% artıb
# 21 aprel 2020 12:15 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın Azərbaycana yük maşını ixracı illik müqayisədə 119 ədəd və ya 45,4% artaraq 406 ədədə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi yük avtomobillərinin ümumi dəyəri əvvəlki ilin analoji dövrü ilə müqayisədə 718,2 min ABŞ dolları və ya 34,6% artaraq 2 789,3 min dollara çatıb.

Qeyd edək ki, 2019-cu ildə isə Gürcüstan Azərbaycana 287 ədəd yük maşını ixrac edib ki, bunun da ümumi dəyəri 2 071,1 min dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR