Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 13% azalıb

Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 13% azalıb
# 22 yanvar 2020 11:29 (UTC +04:00)

2019-cu ildə Gürcüstan Azərbaycandan 55 529,2 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, bu göstərici əvvəlki illə müqayisədə 7 917,3 min dollar və ya 12,5% azdır.

Belə ki, 2018-ci ildə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinə görə ödədiyi məbləğ 63 446,5 min dollar təşkil edib.

Qeyd edək ki, Gürcüstan Elektrik Enerjisi Sistemi Kommersiya Operatorunun (ESCO) illik hesabatına görə 2019-cu ildə bu ölkənin Azərbaycandan elektrik enerjisi idxalı 7,5% artaraq 1623 milyon KvS-ya çatıb. 2018-ci ildə isə bu göstərici 1508,82 milyon KvS təşkil edib. Ötən il Gürcüstanın elektrik enerjisi idxalının 68%-i Azərbaycanın, 32%-i isə Rusiyanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR