Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 37% azalıb

Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 37% azalıb
# 19 noyabr 2020 12:42 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan 25 823,56 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, bu göstərici illik müqayisədə 15 233,49 min dollar və ya 37% azdır. Ötən ilin analoji dövründə isə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 41 057,05 min dollar təşkil edib.

Qeyd edək ki, Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatına əsasən Gürcüstan cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 497.940 mln. kVt-saat elektrik enerjisi idxal edib. Bu, illik ifadədə 325,663 mln. kVt-saat və ya 39,5% azdır. Cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın idxal etdiyi elektrik enerjisinin ümumi həcmi 1 049,46 mln. kVt-saata bərabər olub ki, bunun da 47,45 %-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR