Gürcüstanın bu il idxal etdiyi benzin və dizelin 15%-i Azərbaycanın payına düşüb

Gürcüstanın bu il idxal etdiyi benzin və dizelin 15%-i Azərbaycanın payına düşüb
  • Clock-gray 12:03
  • calendar-gray 16 Dekabr 2019

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 145,7 min ton benzin və dizel yanacağı idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında bildirilib.

Qeyd edilib ki, Azərbaycandan idxal edilən benzin və dizel yanacağı bu ölkənin hesabat dövründəki ümumi idxalının  14,7%-ni təşkil edib.

Yanvar-noyabr ayları ərzində Gürcüstan ən çox Rusiyadan yanacaq idxal edib – 297,6 min ton. Bu, ölkənin ümumi idxalının 30%-nə bərabər olub.

Azərbaycan Gürcüstanın ən çox yanacaq idxal etdiyi üçüncü ölkə olub.

Hesabat dövründə Gürcüstan Rumıniyadan 276,6 min ton (27,9%), Türkmənistandan 111,1 min ton (11,2%), Bolqarıstandan 85,5 min ton (8,6%), Yunanıstandan 55,3 min ton (5,6%), Türkiyədən isə 19,3 min ton (1,9%) benzin və dizel yanacağı idxal edib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date