Gürcüstanın builki qaz idxalının 84,3%-i Azərbaycanın payına düşüb

Gürcüstanın builki qaz idxalının 84,3%-i Azərbaycanın payına düşüb
  • Clock-gray 11:58
  • calendar-gray 19 Noyabr 2020

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan 184 968,46 min ABŞ dolları dəyərində 1 274 232,99 ton qaz idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, idxal edilən məhsulun dəyəri illik ifadədə 31 046,82 min dollar və ya 14,3%, həcmi isə 36 425,36 ton və ya 2,8% azalıb. Belə ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycandan 216 015,28 min dollar dəyərində 1 310 658,35 ton qaz idxal edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 219 293,9 min dollar dəyərində qaz idxal edib. Bu, əvvəlki illə müqayisədə 9,3% azdır və ümumi idxalın 3,4%-nə bərabərdir. Beləliklə, cari ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın qaz idxalının 84,3%-i Azərbaycanın payına düşüb.

Səid Babazadə

Digər xəbərlər