Gürcüstanın elektrik enerjisi idxalının 40%-i Azərbaycanın payına düşüb

Gürcüstanın elektrik enerjisi idxalının 40%-i Azərbaycanın payına düşüb
# 02 dekabr 2019 11:33 (UTC +04:00)

Bu ilin noyabr ayında Gürcüstanın elektrik enerjisi idxalı təxminən 200 mln. kVt-saata bərabər olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun hesabatında bildirilib.

Qeyd edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10% azalıb. Gürcüstanın noyabrda idxal etdiyi elektrik enerjisinin 60%-i Rusiyanın, 40%-i isə Azərbaycanın payına düşüb. İdxalın azalması əsasən havaların isti keçməsi ilə əlaqələndirilib.

Cari ilin yanvar-noyabr ayları ərzində isə Gürcüstanın ümumi elektrik enerjisi idxalı 1 415 milyon kilovat saata bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR