Gürcüstanın ötən il Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri açıqlanıb

Gürcüstanın ötən il Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri açıqlanıb
# 20 yanvar 2021 12:24 (UTC +04:00)

2020-ci ildə Gürcüstan Azərbaycandan 36 397.26 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib. Qeyd olunub ki, bu göstərici 2019-cu illə müqayisədə 19 131.97 min ABŞ dolları və ya 34.5% azdır. Belə ki, 2019-cu ildə Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri 55 529.23 min dollar təşkil edib.

Qeyd edək ki, Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatına əsasən 2020-ci ildə Azərbaycandan 726,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edilib. Bu əvvəlki illə müqayisədə 34% azdır. Ötən il Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 45,1%-ni Azərbaycan tədarük edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR