Gürcüstanın ötən il qaz idxalının 82%-i Azərbaycanın payına düşüb

Gürcüstanın ötən il qaz idxalının 82%-i Azərbaycanın payına düşüb
# 21 yanvar 2021 10:01 (UTC +04:00)

Ötən il Gürcüstan 294 578,8 min ABŞ dolları dəyərində qaz idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilir ki, bu göstərici 2019-cu illə müqayisədə 10% azdır və ölkənin hesabat ilindəki ümumi idxalının 3,7%-ni təşkil edib. 2020-ci ildə Gürcüstanın idxal etdiyi qazın 82.2%-i (242 306,8 min dollar) Azərbaycanın, 16%-i (47 363,6 min dollar) Rusiyanın payına düşüb.

2020-ci ildə Gürcüstanın neft və neft yağları idxalının ümumi dəyəri isə 498 479 min dollar təşkil edib. İllik müqayisədə bu məhsul üçün ödənilən məbləğ ötən il 34,2% azalıb və ümumi idxalın 6,2%-ni təşkil edib. 2020-ci ildə Gürcüstanın neft və neft yağları idxalının 13,6%-i Azərbaycanın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR