Gürcüstanın qaz idxalının 85%-i Azərbaycanın payına düşüb

Gürcüstanın qaz idxalının 85%-i Azərbaycanın payına düşüb
# 24 mart 2020 16:00 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan 104 427,9 min ABŞ dolları dəyərində qaz idxal edib ki, bunun da 85,4%-i Azərbaycanın payına düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin Hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstanın qaz idxalı illik müqayisədə 18,1% artıb və ümumi idxalın 7,9%-ni təşkil edib. Ötən ilin analoji dövründə idxal edilən qazın ümumi dəyəri 88 431,2 min dollar təşkil edib.

Xatırladaq ki, yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 517 332,2 kubmetr qaz idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR