IEA: "OPEC+" ölkələri fevralda öhdəliklərini 112% yerinə yetiriblər

IEA: "OPEC+" ölkələri fevralda öhdəliklərini 112% yerinə yetiriblər
# 17 mart 2021 14:13 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin fevral ayında neft hasilatının azaldılması üzrə razılaşmanı 112% yerinə yetiriblər. Yanvarda bu göstərici 103% təşkil edib.

"APA-Economics"in IEA-in aylıq hesabatına istinadın verdiyi məlumata görə, ötən ay OPEC ölkələri razılaşmanı 125%, qeyri-OPEC ölkələri isə 89% yerinə yetirib. Rusiya razılaşma çərçivəsində öhdəliyini 93% icra edib.

IEA-in proqnozlarına görə, bu ilin fevral ayında OPEC neft hasilatını 21,73 mln. barelədək azaldıb. Qeyri-OPEC ölkələri isə bu göstəricini 14,7 mln. barelədək azaldıb.

Qeyd edək ki, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR