IEA bu il gündəlik neft tələbatının 2013-cü ilin səviyyəsində olacağını proqnzolaşdırır

IEA bu il gündəlik neft tələbatının 2013-cü ilin səviyyəsində olacağını proqnzolaşdırır
# 15 sentyabr 2020 14:46 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il neftə olan gündəlik tələbatın 91,7 mln. barel olacağını proqnozlaşdırılır ki, bu da 2013-cü ilin səviyyəsinə bərabərdir.

"APA-Economics" IEA-ya istinadən verdiyi məlumata görə, ötən ilə nisbətən gündəlik tələbat üzrə proqnoz 8,4 mln. barel azaldılıb. Agentlik qlobal neft tələbatındakı kəskin canlanmanın dayanmasını COVID-19 pandemiyasının ikinci dalğasının baş vermə ehtimalı ilə əlaqələndirir.

Qeyd edək ki, IEA 2021-ci ildə gündəlik tələbatın 5,5 mln. barel artacağını gözləyir.

Xatırladaq ki, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci il neftə olan qlobal tələbatın artım tempi üzrə proqnozunu gündəlik 210 min barel azaldaraq 8,32 mln. barelə endirib. 2021-ci ilin proqnozu da gündəlik 490 min barel azaldılaraq 6,5 mln. barelə endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR