IEA gələn il üçün neftə olan qlobal tələbat üzrə proqnozunu azaldıb

IEA gələn il üçün neftə olan qlobal tələbat üzrə proqnozunu azaldıb
# 15 dekabr 2020 15:51 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci il üçün neftə olan qlobal gündəlik tələbatın artımı proqnozunu azaldıb.

"APA-Economics"in IEA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il neftə olan qlobal gündəlik tələbat 5,7 mln. barel artacaq ki, bu da öncəki proqnozla müqayisədə 170 min barel azdır.

Proqnoza əsasən, bu il qlobal gündəlik neft tələbatı 8,8 mln. barel azalacaq, bu isə, proqnozun 50 min. barel azalması deməkdir.

Eyni zamanda, 2021-ci ildə benzin və dizel yanacağına olan qlobal tələbat böhrandan əvvəlki səviyyənin 97-99%-dək bərpa oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR