IEA neftə olan builki tələbat üzrə proqnozunu azaldıb

IEA neftə olan builki tələbat üzrə proqnozunu azaldıb
# 12 noyabr 2020 14:59 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) neftə olan qlobal gündəlik tələbat proqnozunu 0,4 mln. barel azaldaraq 8,8 mln. barelə endirib.

Bu barədə "APA-Economics" IEA-nın aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, 2020-ci ildə neftə olan qlobal gündəlik tələbat 91,3 mln. barel səviyyəsində olacağı gözlənilir.

Hesabatda bildirilir ki, koronavirus peyvəndləri 2021-ci ildə neftə olan tələbatın əhəmiyyətli dərəcədə artması üçün imkan yaratmayacaq.

"Peyvəndlərin necə və nə vaxt normal həyata qayıtmağa kömək edəcəyi barədə danışmaq hələ tezdir. Hazırda biz 2021-ci ilin birinci yarısında onların neft tələbatına təsir edəcəyini proqnozlaşdırmırıq", - hesabatda deyilir.

Buna baxmayaraq, agentlik 2021-ci ildə neftə olan gündəlik tələbatın 5,8 mln. barel bərpa olacağını və 97,1 mln. barelə çatacağını proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR