IGB qaz kəmərinin tikintisi çərçivəsində 80 kilometrdən çox borular qaynaqlanıb

IGB qaz kəmərinin tikintisi çərçivəsində 80 kilometrdən çox borular qaynaqlanıb
# 11 dekabr 2020 13:15 (UTC +04:00)

Azərbaycan qazını Bolqarıstana daşıyacaq Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) tikintisi çərçivəsində 80 kilometrdən çox borular qaynaqlanıb, bunun da 50 kilometrdən çoxu xəndəyə endirilib.

"APA-Economics"in ICGB şirkətinə istinadən verdiyi məlumata görə, bu barədə IGB-nin Bolqarıstan üzrə layihə rəhbəri Teodora Georgieva deyib.

Onun sözlərinə görə, boruların düzülməsi davam etdirilir və artıq 114 kilometri boru düzülərək növbəti mərhələlər üçün hazırlığa gətirilib. Bununla yanaşı, layihə çərçivəsində aparılan geodeziya işləri və boruların tədarükü prosesi yaxın günlərdə bitəcək.

T. Georgiyeva onu da vurğulayıb ki, yeni növ koronavirus pandemiyası IGB-nin tikintisini çətinləşdirir.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə).

Xatırladaq ki, IGB-nin tikintisinə 33 mln. avro vəsaitin ayrılmasını təsdiq edib. Bu vəsait Komotini (Yunanıstan) və Stara Zaqora (Bolqarıstan) arasında tikiləcək 182 km-lik IGB boru kəmərinin ilik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstəriCi 5 mlrd. kubmetrə çatdırıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR