İran neft yataqlarının inkişafı üçün Rusiya investisiyalarını cəlb etmək niyyətindədir

İran neft yataqlarının inkişafı üçün Rusiya investisiyalarını cəlb etmək niyyətindədir
# 23 dekabr 2020 12:16 (UTC +04:00)

İran öz neft yataqlarının inkişaf etdirilməsi üçün Rusiya neft şirkətlərinin investisiyalarını cəlb etmək istəyir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Bijan Zəngəne deyib.

İran özünün neft sənayesinə investisiyalar cəlb etməklə kifayətlənməyəcəyini, habelə sərt ABŞ sanksiyalarının təsirini azaltmaq məqsədilə Rusiya ilə əməkdaşlığı genişləndirmək istədiyini bildirir.

Qeyd edək ki, bu həftə Rusiyanın Baş nazirinin müavini Aleksansdr Novak İranın neft naziri ilə görüşüb. Novak deyib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr uğurla inkişaf etdirilir: “Bu il bütün qlobal icma üçün çətin olsa da, Rusiya və İran arasında iqtisadi əlaqələr mövcud dinamikasını itirməyib, əksinə daha fəal və mənalı olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR