İran şirkətləri neft hasilatının artırılmasına dair müqavilələr imzalayıb

İran şirkətləri neft hasilatının artırılmasına dair müqavilələr imzalayıb
  • Clock-gray 15:00
  • calendar-gray 11 Yanvar 2021

İran şirkətləri ölkədə neft istehsalının artırılmasına yönəlmiş səkkiz müqavilə imzalayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə İran Milli Neft Şirkətinin açıqlamasında deyilir.

Məlumata görə, İran Milli Neft Şirkəti ilə ölkənin podratçı şirkətləri arasında 1,2 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilən neftin saxlanılması və hasilatın artırılması sahəsində 8 müqavilə imzalanıb.

Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Həsən Ruhani 2021-ci ildə neft satışının artırılacağını demişdi.

Emil İsmayılov

Digər xəbərlər