İran və Azərbaycan gömrük əməkdaşlığı müzakirə edilib

İran və Azərbaycan gömrük əməkdaşlığı müzakirə edilib
# 01 dekabr 2020 14:34 (UTC +04:00)

Azərbaycan və İran arasında kömrük əməkdaşlığının gələcək inkişafı ilə bağlı görüş keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, Azərbaycanın İrandakı səfiri Bünyad Hüsyenov və İran Gömrük İdarəsinin rəhbəri Kərim Rəsulinin iştirakı ilə baş tutan görüşdə gömrük xidmətlərindəki problemlərin həlli və tranzit sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanın İrandakı səfiri B.Hüseynov İran Gömrük İdarəsi rəhbərliyinin iki ölkə arasında iqtisadi və ticari əlaqələrin hərtərəfli inkişaf etdirilməsi istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, Astara Gömrüyünün dəmiryolu terminalının inkişafı layihəsində çalışan yeni podratçı şirkətin etdiyi dəyişikliklərlə yüklərin yüklənməsi və daşınması prosesi sürətləndiriləcək.

B.Hüseynov ixracat yüklərini daşıyan yük maşınlarının sayının artırılması, Astara sərhəd-keçid məntəqəsində iki ölkə arasnda iqtisadi mübadilənin və ixracatın həcmini artırılması, yük maşınlarının giriş-çıxışının asanlaşdırılması kimi məsələlər haqqında danışıb, hər iki tərəfdə gömrük xidmətlərinin asanlaşdırılmasının zəruriliyini vurğulayıb.

Görüşdə İranın Astara Gömrük idarəsinin rəhbəri Kərim Rəsuli Azərbaycan və İran arasında gömrük xidmətləri sahəsində mövcud problemlərin həlli və mövcud potensiallar haqqında danışıb. Onun sözlərinə görə, Azərbaycan və İran arasında dəniz, hava və quru sərhədlərində , eləcə də dəmiryolu sahəsində gömrük potensialı, xüsusilə Astara sərhədində çoxdur və bu, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına təsir edir.

O qeyd edib ki, Astara sərhəd-keçid məntəqəsi üçnövbəli sistemlə 24 saat fəaliyyət göstərir və iki ölkə arasında ticarət və iqtisadi sahədə əməkdaşlığın asanlaşdırılması istiqamətində bütün gücü ilə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR