İranın neft naziri: OPEC+ sazişi üzrə razılıq əldə olunub

İranın neft naziri: OPEC+ sazişi üzrə razılıq əldə olunub
  • Clock-gray 10:13
  • calendar-gray 06 Dekabr 2019

İranın neft naziri Bijan Zanqan Vyanada 6 saat davam edən OPEC-in iclasından sonra təşkilatın OPEC+ sazişinə dair razılaşmaların təfərrüatlarını açıqlamadan razılığın əldə olunduğunu bildirib.

"APA-Economics"in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, öz növbəsində, Səudiyyə Ərəbistanının Energetika naziri Abdel Əziz Əl-Səud iclasın sonunda gələcək fəaliyyət barədə konsensusun əldə olunduğunu bildirib və cümə günü OPEC+ sazişinə dair yaxşı xəbərlər vəd edib. O əlavə edib ki, qeyri-OPEC ölkələri ilə müzakirələr davam etdiriləcək.

Qeyd edək ki, cümə axşamı OPEC və OPEC+ kimi tanınan tərəfdaşları (o cümlədən Azərbaycan və Rusiya – red.) Vyanada bir araya gəliblər. İclas bu gün işini davam etdirəcək. OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə artıq səfər edib. Nazir dekabrın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşündə iştirak edəcək.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel (800 min barel OPEC ölkələri, 400 min barel qeyri-OPEC olkələri üzrə) azaldılması barədə razılaşıb. Razılaşmanın vaxtı iyunun 30-da bitib. Nəticədə bu gun Vyanada OPEC+ nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub. Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. "Əməkdaşlıq Xartiyası"na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

APA-Economics

Digər xəbərlər