KİV: "OPEC+" çərçivəsində Texniki Komitənin iclası keçirilməyəcək

KİV: "OPEC+" çərçivəsində Texniki Komitənin iclası keçirilməyəcək
# 12 mart 2020 16:02 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində Texniki Komitənin iclasını təxirə salıb.

"APA-Economics" bu barədə TASS-a istinadən xəbər verir.

Qeyd edək ki, bundan öncə xarici mətbuat Səudiyyə Ərəbistanının "OPEC+" çərçivəsində Texniki Komitənin iclasında (martın 18-də video-bağlantı rejimində) iştirak etməyəcəyini bildirib. Məhz krallığın iştirakdan imtina etməsi iclasın keçirilməsini sual altına qoyub.

Xatırladaq ki, martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağın mümkün olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR