KİV: "OPEC+" ölkələri neft hasilatını 23% azaltmaq barədə razılığa gəlib

KİV: "OPEC+" ölkələri neft hasilatını 23% azaltmaq barədə razılığa gəlib
# 09 aprel 2020 22:15 (UTC +04:00)

"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu gün video-konfrans formatında keçirilən danışıqlar zamanı cari ilin may-iyun aylarında gündəlik neft hasilatını 23% (10 mln. barel) azaltmaq barəsində razılığa gəlib.

"APA-Economics"-in məlumatına görə, bu barədə TASS öz mənbəsinə istinadən xəbər verir.

Bundan əvvəl mənbə bildirimişdi ki, plan may-iyun aylarında hasilatı 10 mln. barel azalmaqdır. Sonra ilin sonuna qədər kvota 8 mln. barelə, 2021-ci ilin aprel ayının sonuna qədər isə 6 mln. barelə qədər enməlidir.

Qeyd edək ki, “OPEC+” neft hasilatının azaldılmasına dair razılaşma martın sonunda başa çatıb. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında davam edən fikir ayrılıqlarına görə razılaşmanı uzatmaq mümkün olmayıb. Bundan sonra OPEC ölkələri neft hasilatını artırmağa başlayıb. Bu zaman koronavirus epidemiyası səbəbindən qlobal neft tələbatı kəskin şəkildə azalıb. Nəticədə, neftin bir barelinin qiyməti son 20 ildə ilk dəfə 22 dollara düşüb. Bu səbəbdən “OPEC+” ölkələri fövqəladə iclas keçirmək qərarına gəlib ki, bu görüşdə də neft hasilatının azaldılması müzakirə ediləcək.

Aprelin 10-da G20 Energetika nazirlərinin təcili iclası da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR