KİV: "OPEC+" ölkələrinin əksəriyyəti fevral ayında hasilatın artırılmasıını dəstəkləmir

KİV: "OPEC+" ölkələrinin əksəriyyəti fevral ayında hasilatın artırılmasıını dəstəkləmir
# 04 yanvar 2021 11:21 (UTC +04:00)

"OPEC+" ölkələrinin nazirləri bazar ertəsi iki iclas keçirəcək və bu görüşlərdə fevral ayında gündəlik neft hasilatının 0,5 mln. barel artırılıb-artırılmamasını müzakirə edəcəklər.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, koronavirusun yeni növünün yaranması neft bazarında onsuz da kövrək vəziyyəti daha da gərginləşdirir. TASS-ın mənbələrinə görə, ittifaqın bütün üzvləri dəyişən vəziyyəti qiymətləndirmək üçün ən azı bir ay gözləməyin lazım olduğunu düşünərək fevral ayında istehsal artımını birmənalı şəkildə dəstəkləmirlər.

Qeyd etmək lazımdır ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimlənməsi barədə qərar qəbul edilib. Bu qərarı Azərbaycan da dəstəkləyib.

Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barel azaldacaq. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq, istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonunadək 1,9 mln. barel yumşaldılmasını, yəni, ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR