Kanadanın neft şirkəti Azərbaycanda müqavilə sahəsini SOCAR-a təhvil verib

Kanadanın neft şirkəti Azərbaycanda müqavilə sahəsini SOCAR-a təhvil verib
# 25 iyun 2020 11:13 (UTC +04:00)

Azərbaycanda quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın "Zenith Energy" şirkəti tərəfindən Müqavilə Reabilitasiya Sahəsinin (MRS) SOCAR-a təhvil verilməsi prosesi başa çatdırılıb.

"Zenith Energy"dən "APA-Economics"ə verilən məlumata görə, təhvilvermə nəticəsində "Zenith Energy" Azərbaycanda bütün neft istehsalı əməliyyatlarını dayandırıb və bütün sahə istehsal heyəti (170-ə yaxın işçi) SOCAR-ın tabeçiliyinə keçirilib.

Qeyd edək ki, bundan sonra "Zenit"in Azərbaycanda fəaliyyəti yalnız kəşfiyyat işləri ilə bağlı olacaq.

Hazırda müqavilə sahəsində gündəlik orta neft hasilatı 180 barel təşkil edir.

Xatırladaq ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və "Zenith Aran Oil Company Ltd." şirkətləri arasında "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR