Konsorsium: TAP Cənub-Şərqi Avropa üçün xüsusilə vacibdir

Konsorsium: TAP Cənub-Şərqi Avropa üçün xüsusilə vacibdir
  • Clock-gray 11:30
  • calendar-gray 29 Yanvar 2020

Yunanıstan-Bolqarıstan birləşdirici (IGB) və potensial olaraq İonik-Adriatik qaz kəmərləri (IAP) istifadə edilərək gələcəkdə Trans-Adriatik qaz boru kəməri (TAP) vasitəsi ilə daha 10 mlrd. kubmetr qazın nəqlini təmin etmək mümkün olacaq.

APA-Economics”in TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, bunu TAP-ın icraçı direktoru Luka Şipati Viyanada keçirilən Avropa Qaz Konfransında deyib.

Onun sözlərinə görə, bu proses bölgədə enerji keçidinə (hərəkətinə) dəstək olacaq. 

“TAP enerji istehlakının ağır təbii enerji daşıyıcılardan çox asılı olduğu Cənub-Şərqi Avropa üçün xüsusilə vacibdir”, - L. Şipati qeyd edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

TAP inşasına başlanılandan bəri işlərin 91%-i yekunlaşıb. Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Emil İsmayılov

Digər xəbərlər