Londondakı məhkəmə üçüncü arbitral qərarı da SOCAR-ın lehinə qəbul edib

Londondakı məhkəmə üçüncü arbitral qərarı da SOCAR-ın lehinə qəbul edib
  • Clock-gray 16:14
  • calendar-gray 04 Fevral 2021

Bu ilin fevralın 3-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) qaydalarına uyğun olaraq aparılan arbitraj prosesinin nəticəsində SOCAR qrupuna daxil olan “Azərbaycan (AÇG) Limited” şirkətinin lehinə qərar çıxarılıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Londonda yerləşən məhkəmənin SOCAR qrupu və “Palmali” qrupuna daxil olan şirkətlər arasındakı üçüncü arbitraj işi üzrə verdiyi qərara əsasən, “Azərbaycan (AÇG) Limited” şirkətinə 132 000 000 ABŞ dolları məbləğini aşan pul təzminatı ödənilməlidir. Bu, SOCAR Qrupuna aid olan şirkətlərin “Palmali” Qrupu və Mübariz Mənsimova qarşı öhdəliklərin pozulması iddiası ilə başladığı üç arbitraj işindən axırıncısı idi.

Bununla da London Beynəlxalq Arbitraj Məhkəməsi, London Dəniz Arbitrləri Assosiasiyası və BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (UNCITRAL) arbitraj qaydalarına əsasən keçirilmiş üç müstəqil məhkəmə prosesi SOCAR Qrupunun xeyrinə nəticələnmişdir. “Palmali”nin qarşılıqlı iddiaları rədd edilərək, SOCAR Qrupuna ümumilikdə 240 mln. ABŞ dolları məbləğini aşan təzminatın ödənilməsi barədə qərar verilib.

Emil İsmayılov

Digər xəbərlər