"Lukoil" Xəzər dənizindəki iki yataqdan bu il 7 mln. tondan çox neft hasil edib

"Lukoil" Xəzər dənizindəki iki yataqdan bu il 7 mln. tondan çox neft hasil edib
# 29 dekabr 2020 16:55 (UTC +04:00)

Rusiyanın "Lukoil" şirkəti Xəzər dənizinin şimalında yerləşən Y. Korçagin və V. Filanovski adına iki yataqdan indiyədək 35 mln. ton neft hasil edib.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, bu il iki yataqdan hasil edilən neftin həcmi 7 mln. tondan artıq olub.

Bundan başqa, il ərzində V. İ. Qrayfer adına yatağın inkişafı üzrə işlər davam etdirilib. Hazırda yataqda yerləşəcək iki platformanın üst tikililərin yaradılması aparılır. Gələcəkdə yataqdan ildə 1 mln. tondan çox neftin hasil olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR