"Lukoil" neft qiymətləri üzrə ən bədbin ssenarisini açıqlayıb

"Lukoil" neft qiymətləri üzrə ən bədbin ssenarisini açıqlayıb
# 24 noyabr 2020 12:42 (UTC +04:00)

Rusiyanın "Lukoil" şirkətinin ən bədbin ssenarisinə görə, neftin bir barelə olan qiyməti 40 ABŞ dollar səviyyəsində olacağını gözlənilir. Şirkət 50 dollar qiymətini isə obyektiv olaraq haqlı hesab edir.

"APA-Economics" xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Leonid Fedun "Kommersant" qəzetinə deyib.

"Ən bədbin ssenarinin 40 dollar olduğunu düşünürük, lakin obyektiv olaraq bir barel üçün qiymətin 50 dollar səviyyəsi məqbuldur", - deyə L. Fedun qeyd edib.

Qeyd edək ki, hazırda dünya bazarlarında "Brent" neftinin qiyməti təxminən 46 dollar, WTI markalı neftin qiyməti isə 43 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR