Naxçıvanda sənaye istehsalı ötən il 2,5% artıb

Naxçıvanda sənaye istehsalı ötən il 2,5% artıb
# 07 aprel 2021 10:03 (UTC +04:00)

Ötən il Naxçıvan Muxtar Respublikasında 1,04 mlrd. manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 2,5% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə sənaye məhsulunun 6,6%-i dövlət sektorunda, 93,4%-i qeyri-dövlət sektorunda istehsal edilib. 2019-cu ildə bu göstəricilər müvafiq olaraq 5,9 və 94,1% təşkil edib.

Muxtar respublikada 2020-ci ildə ÜDM-in sahə strukturunda sənaye 27,6%-lik payla ilk yerdə təmsil olunub ki, bu da 2019-cu ildəki göstəricinin səviyyəsində və sıralamada 3-cü yerdə olub.

2020-ci ildə hər bir nəfərə düşən sənaye məhsulu 2 259,1 manat təşkil edib ki, bu da 2019-cu ildəki göstəricidən 1,9% çoxdur.

2020-ci ildə sənaye məhsulunun 0,1%-i mədənçıxarma sənayesində, 0,4%-i su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi, 6%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat müəssisələrində və 93,5%-i emal sənayesində istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR