Nazir: "Azərbaycan nəqliyyat sahəsində bərpa olunan enerji mənbələrinin payını artırıb"

Nazir: "Azərbaycan nəqliyyat sahəsində bərpa olunan enerji mənbələrinin payını artırıb"
# 28 oktyabr 2020 14:58 (UTC +04:00)

Azərbaycan 2020-ci il üçün Enerji Xartiyası Konfransına sədrlik etdiyi dövrdə nəqliyyat sahəsində, istilik və elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artıraraq enerji keçidinin sürətləndirilməsini prioritet elan edib.

"APA-Economics"in məlumatına görə, bunu Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən Azərbaycanın Energetika nazir Pərviz Şahbazov deyib.

Nazir Azərbaycanın Enerji Xartiyası Konfransına sədrlik etdiyi dövrdə görülmüş işlər barədə məlumat verib, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Enerji Xartiyası müqaviləsinin modernizasiyası, Enerji İnvestisiya Risk Qiymətləndirməsi, Bakıda keçirilməsi planlaşdırılan növbəti nazirlər konfransına hazırlıq və digər istiqamətlər üzrə görülən işləri diqqətə çatdırıb.

P. Şahbazov Xartiya ilə əməkdaşlığın enerji transformasiyası ilə bağlı məsələlərin həllində mühüm rol oynayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR