Nazir: "Neft bazarında sabitlik qlobal səviyyədə ortaq məsuliyyət xaricində mümkün deyil"

Nazir: "Neft bazarında sabitlik qlobal səviyyədə ortaq məsuliyyət xaricində mümkün deyil"
# 10 aprel 2020 08:09 (UTC +04:00)

"Bu ilin mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil".

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında dünən keçirilən 9-cu iclasında çıxış edən Energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə “OPEC+”dan (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) kənar ölkələrin cəlbi isə olduqca vacibdir.

“Bu bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik", - deyə, P. Şahbazov qeyd edib.

Nazir onu da əlavə edib ki, hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirməlidir. “OPEC+” formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş oldu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR