Nazir: OPEC ölkələri neft hasilatını artırmağa tələsməməlidir

Nazir: OPEC ölkələri neft hasilatını artırmağa tələsməməlidir
# 15 dekabr 2020 16:49 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) ölkələri enerji daşıyıcılarına olan tələbatın qeyri-sabit olması şəraitdə gələn ildən hasilatı artırmağa tələsməməlidir.

"APA-Economics"in məlumatına görə, bunu OPEC-in prezidenti, Əlcəzairin energetika naziri Abdelmacid Attar deyib.

"Neft qiymətlərinin dinamikasında müsbət əlamətlərə və nəzərəçarpacaq dərəcədə yaxşılaşmaya baxmayaraq, fikirləşirəm ki, çox diqqətli olmalıyıq", - A. Attar qeyd edib.

Onun fikrincə, ölkələr qlobal bazarda artıq neft ehtiyatların azalması istiqamətində öz səylərini davam etdirilməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR