Nazir: "Sənaye parklarında 150-200 mln. dollarlıq layihələrin başlanılması üçün danışıqlar yekunlaşmaq üzrədir"

Nazir: "Sənaye parklarında 150-200 mln. dollarlıq layihələrin başlanılması üçün danışıqlar yekunlaşmaq üzrədir"
# 30 iyun 2020 12:41 (UTC +04:00)

Azərbaycanın sənaye parklarında yeni müəssisələrin açılması istiqamətində hazırda toplam kapital sərmayəsi təxminən 150-200 mln. ABŞ dolları olan layihələrin başlanılması üçün danışıqlar yekunlaşmaq üzrədir.

"APA-Economics"in məlumatına görə, bunu mətbuat üçün təşkil olunmuş brifinqdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, söhbət bir neçə layihədən gedir ki, çox güman, cari ilin sentyabr ayında Sumqayıt Kimya Sənaye Parkı nəzdində yeni nəsil layihələrin təqdimatı üçün ilkin işlər həyata keçiriləcək: "Mən ölkə sahibkarlarını bir daha dəvət edirəm ki, onlar ölkədə istər sənaye parklarında, harada ki, xüsusi vergi gömrük güzəştləri mövcuddur, istərsə də ölkəmizin digər bölgələrində sərmayə yatırılması üçün addımlar atsınlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR