Nazir: "TANAP Gürcüstanı beynəlxalq oyunçuya çevirdi"

Nazir: "TANAP Gürcüstanı beynəlxalq oyunçuya çevirdi"
  • Clock-gray 11:42
  • calendar-gray 29 Fevral 2020

"Cənub Qaz Dəhlizi layihəsinin sadəcə iştirakçı dövlətlər tərəfindən deyil Avropa İttifaqı tərəfindən də tanınması sevindirici haldır".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bu dəhliz əvvəllər sadəcə regional tranzit funksiyası olan Gürcüstanı beynəlxalq oyunçuya çevirib: "TANAP layihəsinin 2019-cu ilin dekabr ayında istifadəyə verilməsi qaz nəqlində mühüm bir hadisə oldu. Bildiyiniz kimi, açılış mərasimində iştirak edən Gürcüstanın Baş naziri bu layihənin enerji təhlükəsizliyində yeni bir dövr başladacağını bildirmişdi. TANAP və TAP layihələrindən əvvəl Gürcüstanın tranzit funksiyası yalnız regional səviyyədə idi, indi biz beynəlxalq oyunçu kimi təmsil olunuruq".

Nazir onu da qeyd edib ki, Cənub Qaz Dəhlizi beynəlxalq əhəmiyyətli layihələrin inkişaf etdirilməsinə dövlətlərin birgə səylərinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date