Nazir: TAP kəməri Yunanıstanı vacib qaz tranziti mərkəzinə çevirir

Nazir: TAP kəməri Yunanıstanı vacib qaz tranziti mərkəzinə çevirir
# 10 dekabr 2020 15:12 (UTC +04:00)

Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri və Aleksandrupolis şəhərində təbii qaz terminalı kimi digər layihələrə birlikdə Yunanıstanı Cənubi-Şərqi Avropada alternativ mənbələrdən "mavi yanacaq"ın nəqli üzrə vacib tranzit mərkəzə çevirir.

"APA-Economics"in "Euractiv"ə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın ətraf mühiti və energetika naziri Kostis Hadzidakis deyib.

Onun sözlərinə görə, ilin sonunadək Yunanıstan Azərbaycan qazını qəbul etməyə başlayacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqli bu ilin sonunda başlayacaq. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR