Nazir: Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi ilkin enerji istehlakında payı 18%-ə çatdırılıb

Nazir: Azərbaycanda bərpa olunan enerji mənbələrinin ümumi ilkin enerji istehlakında payı 18%-ə çatdırılıb
# 27 noyabr 2019 10:34 (UTC +04:00)

Azərbaycanda hidroenerji resursları daxil olmaqla, bərpa olunan enerji mənbələrinin ümumi ilkin enerji istehlakında payı 18%-ə çatdırılıb.

"APA-Economics"in məlumatına görə, bunu "İqlim dəyişikliyi və ətraf mühitdə Paris razılaşmasının rolu" adlı beynəlxalq konfransda çıxış edən Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, 2030-cu il üçün bu göstəricinin 30%-ə çatdırılması planlaşdırılır.

Nazir həmçinin qeyd edib ki, gələcək illərdə bərpa olunan və alternativ enerji sahəsinin inkişafına dair mühüm addımlar atılacaq və bir sıra layihələr həyata keçiriləcək. Bu istiqamətin inkişafı da ətraf mühitə təsirin azaldılmasına öz töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR