Nazirlik: "Saudi Aramco"nun obyektinə endirilən raket zərbəsi şirkətin neft tədarükünə təsir göstərməyəcək

Nazirlik: "Saudi Aramco"nun obyektinə endirilən raket zərbəsi şirkətin neft tədarükünə təsir göstərməyəcək
# 24 noyabr 2020 10:15 (UTC +04:00)

"Saudi Aramco"nun Ciddə şəhərində yerləşən yanacaq rezervuarına endirilən raket zərbəsi şirkətin tədarük üzrə əməliyyatlarına təsir etməyəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin nümayəndəsinə istinadən xəbər verir.

Onun sözlərinə görə, ötən gün endirilən raket zərbəsi nəticəsində xəsarət alan olmayıb. Neft obyektlərinə edilən bu cür hücumlar dünyada enerji təchizatı sabitliyini pozmağa yönəlib.

Nazirliyin nümayəndəsi istehlakçılara neft tədarükünün bu hadisədən heç bir şəkildə təsirlənməyəcəyini də qeyd edib.

Xatırladaq ki, daha əvvəl "Ənsar Allah" üsyançılar hərəkatı (husilər) Ciddə şəhərində "Saudi Aramco" şirkətinin neft obyektinə raket hücumunun apardığını bildirib. Bununla yanaşı, husilər krallıqda fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam etdiklərinə görə ehtiyatlı olmağı tövsiyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR